İşğalın nəticələri

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);
Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2;
Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2
Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2;
Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2;
Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2;
Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2;
Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2.
Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Son qiymətləndirmənin nəticələrinə görə dağıntılar nəticəsində iqtisadiyyata 300 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri

Azərbaycanın işğal olunmuş əraziləri

Dağlıq Qarabağ:

 

Ərazisi

4 388 kv. km.

Əhalisi

192 032

Ermənilər

129 085 (67,2%)

Azərbaycanlılar

60 000 (31,2%)

Ruslar

1922(1,0%)

Digərləri

1 025 (0,6%)

Ətraf rayonlar:

Əhalisi

Laçın

66 646

Kəlbəcər

61 947

Ağdam

145 359

Füzuli

106 543

Cəbrayıl

62 519

Qubadlı

31 619

Zəngilan

36 335

Qeyd 1: Ermənistanla və işğal olunmuş ərazilərlə həmsərhəd yaşayış məntəqələrindən olan əhalinin sayı – 128 199 nəfər
Qeyd 2: Orta Asiyadan didərgin salınmış 50 000 nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapmışdır.

Təcavüzün qurbanları

Həlak olanlar

20.000

Əlil olanlar

50 000

İtkin düşənlər

4866

 

 

Dağıntılar və ziyanlar

Yaşayış məntəqələri

900

Evlər

130 939

İctimai binalar

7 000

Məktəblər

1 025

Uşaq bağçaları

855

Səhiyyə ocaqları

798

Kitabxanalar

927

Məbədlər

44

Məscidlər

9

Tarixi yerlər

9

Tarixi abidələr ye muzeylər

464

Muzey eksponatları

40 000

Sənaye və kənd təsərrüfatı obyektləri

2 389

Avtomobil yolları

5 198 km

Körpülər

348

Su xətləri

7 568 km

Qaz xətləri

2 000 km

Elektrik xətləri

76 940 km

Meşələr

280 000 ha

Məhsuldar torpaqlar

1000 000 ha

İrriqasiya sistemləri

1 200 km

Dəymiş ziyanın ümumi məbləği 300 milyard ABŞ dollarından çoxdur.

Qaçqınlar və məcburi köçkünlər

Ermənistandan olan qaçqınlar

250 000

İşğal edilmiş ərazilərdən olan  məcburi köçkünlər

686 586

O cümlədən:

Ermənistanla və işğal edilmiş ərazilərlə həmsərhəd
yaşayış məntəqələrindən olan əhali

 

128 199

Cəmi

997 586

 


 

Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış obyektlər haqqında
MƏLUMAT
(2005-ci il 1 may tarixə olan vəziyyət)

Sıra №

Obyektlərin adı

Sayı və ölçüsü

Ağdam

Füzuli

Kəlbəcər

Qubadlı

Zəngilan

Laçın

Şuşa

Cəbrayıl

Xocalı

Xocavənd

CƏMİ

1

Şəhər və kənd

ədəd

78

76

131

94

84

127

33

91

10

12

736

2

Yaşayış
evi

ədəd

34680

26208

13000

7288

11000

14745

6800

13000

2495

1723

13099

3

Sənaye və kənd təsərrüfatı obyekti

ədəd

48

1035

153

58

374

353

79

52

46

191

2389

4

Təhsil
 müəssisəsi

ədəd

204

162

112

88

123

160

44

91

20

21

1025

5

Səhiyyə
 müəssisəsi

ədəd

137

127

116

70

64

131

30

77

14

32

798

6

Mədəniyyət müəssisəsi

ədəd

220

180

214

190

145

218

79

149

56

59

1510

7

Rabitə
obyekti

ədəd

56

39

25

32

42

307

15

65

5

12

598

8

Avtomobil
 yolu

Kilometr

266

235.7

625

592

128

2130

300

320

260

341

5197.7

9

Körpü

ədəd

10

11

62

11

37

92

25

56

12

32

348

10

Dəmir yolu
xətti

Kilometr

32

36

0

0

156

0

0

52

10

0

286

11

Dəmir yolu körpüsü

ədəd

3

0

0

0

70

0

0

41

2

0

116

12

Su anbarı

ədəd

3

96

4

4

6

33

2

28

6

42

224

13

Su xətti

Kilometr

180

859

92

875.6

2200

1187

550

1210

98

316

7567.6

14

Elektrik
 xətti

Kilometr

62744

2114

820

2658

2900

2636

850

1459

216

543

76940

15

Meşə
sahəsi

hektar

986

0

37852

13365

12864

34677

8359

4480

5400

1202

11915

 

Ermənistan silahlı qüvvələri tərəfindən əraziləri işğal olunmuş və ya zərər çəkmiş,
Ermənistanla və Dağlıq Qarabağla həmsərhəd olan rayonlar barədə
MƏLUMAT

 

Rayonun adı

Ərazinin işğal tarixi

İşğal olunmuş ərazi (kv. km)

Məcburi köçkünlərin sayı

Cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən geri çəkilən əhalinin sayı

Doğma yurdlarını tərk etmiş əhalinin ümumi sayı

 

 

 

 

ailə

nəfər

ailə

nəfər

ailə

nəfər

1

Xocavənd

02.10.1992

1458

2271

9542

 

 

2271

9542

2

Xocalı

26.02.1992

940

3156

12200

 

 

3156

12200

3

Şuşa

08.05.1992

289

5992

24165

 

 

5992

24165

4

Laçın

18.05.1992

1883

16255

66646

 

 

16255

66646

5

Kəlbəcər

02.04.1993

3050

16042

61947

 

 

16042

61947

6

Ağdam

23.07.1993

1150 (247,3)

32315

132493

3138

12866

35453

145359

7

Cəbrayıl

23.08.1993

1050

16140

62519

 

 

16140

62519

8

Qubadlı

31.08.1993

802

7711

31619

 

 

7711

31619

9

Füzuli

23.08.1993

1390 (300)

25986

106543

 

 

25986

106543

10

Zəngilan

29.10.1993

707

8862

36335

 

 

8862

36335

11

Tərtər
(13 kənd)

17.06.1993

547

698

2865

736

3014

1434

5879

12

Ağcabədi
(1 kənd)

12.06.1993

 

826

3389

 

 

826

3389

13

Qazax
(6 kənd)

25.10.1992

669

1668

6841

8956

29426

10624

36267

14

Gədəbəy
(2 kənd)

28.07.1992

120

75

308

4049

13304

4124

13612

15

Ağstafa
(2 kənd)

28.10.1992

60

 

 

3608

11908

3608

11908

16

Beyləqan
(4 kənd)

23.08.1993

 

 

 

3818

12600

3818

12600

17

Tovuz
(8 kənd)

23.10.1992

 

 

 

9117

30087

9117

30087

18

Naxçıvan
(2 kənd)

18.06.1990 16.05.1992

 

237

975

4602

14994

4839

15969

19

Dağlıq Qarabağın qalan ərazisi

 

2687

 

 

 

 

 

 

 

Cəmi:

 

16802

138234

558387

38024

128199

176258

686586

Mənbə: Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat: 1988-2005-ci illər.- Bakı: Qismət, 2005.- s.10-12.