Xocalı soyqırımı (genosidi) günü haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
(24 fevral 1994-cü il)

Azərbaycan Respublikasının Milli Məclisi erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının təklifini müzakirə edərək qərara alır:
1. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da «Xocalı soyqırımı günü» elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin.
2. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və «Xocalı soyqırımı günü»nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət edilsin.

Bakı şəhəri, 24 fevral 1994-cü il
№ 791