Layihə haqqında

Ermənilər hər il aprelin 24-də Ermənistanda və erməni diasporunun mövcud olduğu ölkələrdə 1915-ci il uydurma erməni soyqırımının ildönümünə həsr olunmuş müxtəlif səpkili tədbirlər həyata keçirirlər.
Bununla onlar özlərini məzlum, tarix boyu əzilən, müsəlman Şərqində soyqırıma məruz qoyulan xristian azlıq kimi təqdim etməyə çalışırlar. Bəs, əslində soyqırıma məruz qoyulan kimlərdir?
Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşri arxiv sənədləri, dövri mətbuat materialları, ayri-ayrı tədqiqatçıların araşdırmaları əsasında tam dolğunluğu ilə sübut edir ki, əsl soyqırımını 1905-1906-cı illərdə Cənubi Qafqazda, Birinci Dünya müharibəsi və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı ermənilər törətmişlər. 1991-1994-cü illərdə dünyanın gözü qarşısında işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın 20 faiz ərazisi işğal edilmiş və həmin ərazidə xalqımıza qarşı soyqırım törədilmişdir. XX əsrdə indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Son 30-40 il ərzində ermənilərin törətdikləri terror aktları nəticəsində minlərlə günahsız insan tələf olmuş və yaralanmışdır.
“Erməni cinayətləri: Soyqırım. Deportasiya. Terror” elektron nəşri özlərini dünyaya humanist və soyqırıma məruz qoyulan millət kimi təqdim edən ermənilərin yırtıcı və dağıdıcı simasını faktların, sənədlərin və video görüntülərin vasitəsi ilə nümayiş etdirir.
Kitabxananın əməkdaşları Azərbaycan və rus dillərində istifadəçilərin ixtiyarına verilən bu elektron nəşrin ingilis dilində də versiyasının hazırlanması istiqamətində işlərini davam etdirirlər.

VİDEOARXİV

Bütün VİDEOLAR