XVIII əsrin əvvəllərindən başlayaraq Rusiya dövləti Xəzər dənizinə və Cənubi Qafqaza sahib olmaq, Şərq–Qərb ticarətini nəzarətə götürmək üçün Azərbaycan torpaqlarına hərbi təcavüzə başlamışdı. Bu dövlət özünün təcavüzkarlıq planını həyata keçirmək üçün Cənubi Qafqaz, Rusiya, İran, Türkiyə və başqa yerlərdə məskunlaşmış ermənilərdən bir vasitə kimi istifadə etmişdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanla ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşması üçün hər cür şərait yaradılması göstərilmişdi.
Vətəni və dövləti olmayan ermənilər yaranmış bu fürsətdən istifadə etmiş, Azərbaycanın tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə rusların işğal siyasətini milli vəzifə kimi yerinə yetirmişlər.
XIX əsrin sonlarında ermənilər “Dənizdən-dənizə Böyük Ermənistan” adlı planlarına dünya xristian dövlətlərinin diqqətini yönəltməyə başlamışlar. Qərb dövlətləri, o cümlədən Rusiyada ermənilərin bu saxta təbliğatına, haray-həşirinə inanmasalar da, özlərinin Osmanlı imperiyasına qarşı gizli və acıq planları naminə onların müdafiəsinə qalxmışdılar.
Birinçi Dünya müharibəsi zamanı Böyük Britaniya hökuməti ermənilərə müstəqillik vədi vermişdi. Lakin içmalar palatasında Lord Yorq bildirmişdi ki, bütün cətinliklər ondan ibarətdir ki, bizim Ermənistana vermək istədiyimiz əyalətlərdə erməni əhalisi yoxdur. Əgər biz onu versək, onda kim bizim qərarlarımızı yerinə yetirəcək?
Azərbaycanın görkəmli dövlət xadimi, yazıcı və millətsevər Yusif Vəzir Çəmənzəminli avropalıların, o çümlədən Rusiyanın “erməni məsələsi” deyilən bir plana münasibətini şərh edərkən yazırdı: “Keçən əsrdən (XIX əsr nəzərdə tutulur — A.V.) başlamış ermənilərin xristianlıq naminə, dindaşlıq adına müraçiətlərinə avropalılar vədlər vermiş, hissiyyatı oxşayan sözlər söyləmiş, lakin məsələ həll olunmamışdır. Əvəzində bəlli oldu ki, İngiltərə donanması Ararat dağını tutmağa qabil deyil. Bismark bütün erməniliyə bir alman əsgərinin gəmiyini (sümüyünü) dəyişmək istəmədi, rus da erməniləri xilas yox, Ermənistanı istila etmək xahişində oldu”.
XX əsrin əvvəllərində türklərin qatı düşməni olan ermənilər Qərb dövlətlərinin (Böyük Britaniya, Fransa, ABŞ və Rusiyanın) siyasi, iqtisadi və hərbi köməyindən istifadə edərək, türklərin və azərbayçanlıların əzəli yaşadığı torpaqlarda silah güçünə dövlət yaratmaq fikirinə düşmüşdülər. Ermənilərin bu planı Türkiyə, Şimali Azərbaycan və Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. O zaman Qafqazın ümumi valisi olan və ermənipərəstliyi ilə tanınan Vorontsov-Daşkovun Rusiya imperatoruna göndərdiyi məruzədə də ermənilərin bu işğalcı siyasəti etiraf edilirdi. Məruzənin 12 və 13-cü səhifələrində yazılmışdı: “Daşnaksütyun” firqəsinin bu hərəkəti sırf ermənilərlə məskun bir erməni ərazisi vücuda gətirmək qayəsini güdür. Bununla gələçək Ermənistanın muxtariyyatı üçün əlverişli bir zəmin hazırlamaq istəyir.”
Türk tarixçisi Hüseyn Paşanın hazırladığı “Erməni olayları tarixi” kitabının 1-ci hissəsində bununla bağlı göstərilir: 1887-ci ildə Qafqaz ermənilərindən Avetis Nazarbek və Mariyan Vardanyan tərəfindən qurulan Hncaq Komitəsi əvvəlcə Türkiyə Ermənistanını qurmaq, daha sonra isə Rusiya və İran Ermənistanı ilə birləşdirərək müstəqil bir Ermənistan dövləti təsis etmək fikirində idilər.
1907-ci ildə Böyük Britaniya ilə Rusiya arasında bağlanan müqaviləyə görə, İran bu iki dövlətin nüfuz dairəsinə bölünmüşdü. İranın cənubuna ingilis qoşunu, şimalına isə rus qoşunu yerləşdirilmişdi. Birinci Dünya müharibəsndə isə İranın özünün bitərəfliyini elan etməsinə baxmayaraq, onun ərazisində Türkiyə məcburən — öz ərazi bütövlüyünü düşmənlərdən qorumaq üçün Böyük Britaniya və Rusiya ilə müharibə aparmışdı. Bu zaman İranın Qacarlar sülaləsinin nümayəndəsi Əhməd şah ölkənin müdafiəsini təşkil etmək iqtidarında deyildi. Əhməd şahın ətrafındakı dövlət və siyasi adamların vətənpərvərlik duyğusu yox idi. Onların bir qismi ingilislərə, bir qismi də Rusiyaya satılmışdı. Şahın özü isə Almaniyanın bu müharibədə qalib gələçəyinə inanırdı. Müharibə aparan dövlətlərin hamısının Tehranda elçiləri var idi.
Ermənilər Birinci Dünya müharibəsində də öz məkrli planlarını həyata kecirmək ücün Osmanlı Türkiyəsinə qarşı vuruşan ANTANTA bloku dövlətlərinin (Böyük Britaniya, Fransa və Rusiya) hərbi birləşmələrinin tərkibində fəal iştirak etmişdilər. Müharibə başlayanda yalnız Rusiya imperiyasında yaşayan ermənilərdən 250 min nəfərdən cox adam səfərbərliyə alınmışdı. Erməni silahlı quldur dəstələrinə müxtəlif vaxtlarda Andranik Ozanyan, Arşak Qafafyan, Vardan Mehrabyan, Hamazasp Srvandzyan, Qriqor Avşaryan, Hayk Bjşkyan (Qay), Havser Arğutyan komandanlıq etmişdilər. Bu dövrdə ermənilərə Böyük Britaniya, ABŞ və Fransa da müəyyən maliyyə yardımı göstərmişdi. 1917-ci il dekabrın 18-də Londondakı ABŞ səfiri Peyç dövlət katibi R.Lansinqə xəbər verirdi ki, 10 gün bundan qabaq ingilis hökuməti özünün nümayəndəsinə səlahiyyət vermişdir ki, Cənubi Rusiyada ayrı-ayrı əksinqilabi qüvvələrə, eyni zamanda erməni və gürcülərə maliyyə yardımı təşkil etsin.
Rusiya ordusu həmin vaxt İranın şimal-qərb və cənub-qərb bölgələrini döyüş meydanına çevirmişdi. Bir sıra şəhərlərdə azərbaycanlı əhalinin ərzağı, mal-qarası, yük və minik heyvanlarını əlindən almışdılar. Bu zaman ermənilər Türkiyə ərazisində, o cümlədən Azərbaycanın şimal və cənub torpaqlarında azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdilər. 1918-ci ildə rus ordusunun Cənubi Azərbaycanı işğal etməsindən istifadə edən ermənilər erməni-assori silahlı dəstələri təşkil edib Maku, Xoy, Səlmas, Urmiyə və başqa yaşayış məskənlərində əhalini kütləvi surətdə qırmışdılar. Ermənilərin rus və ingilislərin də yaxından müdafiəsi ilə Urmiyədə, Xoyda, Səlmasda və Təbrizdə başladığı dəhşətli qırğınların qarşısı türk ordusunun bu əraziyə gəlməsi ilə alınmış və özbaşınalıqlara son qoyulmuşdu.
Bu dövrdə Bakı Sovetinə və onun hərbi-inqilabi komitəsinə erməni və rusların rəhbərlik etmələri də Şimali və Cənubi Azərbaycan torpaqlarında dinc azərbaycanlıların faciələrlə üzləşmələrinin əsas səbəblərindən biri olmuşdu. Erməni-rus bolşevik hərbi-inqilabi komitəsinin qərarı ilə Şərqi İran cəbhəsi rayonunda — Ənzəli, Urmiyə, Culfa, Şaxtaxtı stansiyası və Van gölü ətrafında, Ərzurum, Ərzincan, Sarıqamış və Trabzon ətrafında yerləşən rus hərbi hissələrində hərbi-inqilabi komitələr yaradılmışdı. Erməni-rus bolşevikləri Cənubi Azərbaycanın Təbriz, Qəzvin, Səfərxan, Dilman, Səlmas və başqa şəhərlərində yerləşən rus hərbi hissələrinin əsgərləri arasında (bu əsgərlər icərisində ermənilər kifayət qədər idi) da fəal təbliğat aparırdılar.
Məhz bunun nəticəsi idi ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı kütləvi qırğınlar törədəndə ən cox ziyan cəkən bölgələrdən biri də Cənubi Azərbaycan əhalisi olmuşdu. Ümumilikdə, rus süngüsünün köməyi ilə ermənilər 1918-ci ilin birinci yarısında Urmiyə, Xoy, Səlmasda, Qərbi Azərbaycanın bir sıra kənd və qəsəbəsində azərbaycanlılara qarşı soyqırım törətmişlər. Rusiyada baş verən fevral burjua inqilabı, xüsusən, 1917-ci il oktyabr cevrilişi imperiya ərazisində böyük çaxnaşmalar yaratmışdı. Ruslar cəbhələrdən öz qoşunlarını çıxartmağa başlamış və bir çox yerlərdə isə əsgərlər səngərləri özbaşına tərk edib qaçmışdılar. Ruslar İranı tərk etdikdən sonra ingilislər osmanlıların qarşısını almaq üçün rus və fransız zabitləri komandanlığı altında assuri və ermənilərdən ibarət silahlı qüvvə təşkil etmişdilər. Bu qüvvələrin siyasi rəhbəri Bünyamin Marşinun və hərbi komandir Ağa Petros idi.
1918-ci il Arazın hər iki tayında yaşayan azərbaycanlılar üçün daha acınacaqlı olmuşdu. Həmin il Azərbaycan şəhərlərinin əksər türk-müsəlman əhalisi ermənilərin qəddar hücumuna məruz qalmış, kütləvi qırğınlar nəticəsində qətlə yetirilmişdi. Bu dəhşətli faciələrdə yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir çoxları da öz ev-eşiyindən didərgin düşmüşdü. Erməni və assurilər Səlmasdan Urmiyəyə hüçum etmişdilər. Urmiyədəki ermənilər qonşu azərbaycanlı evlərini talan etmiş, sonra isə evlərə od vurub yandırmışdılar. Ermənilər qocaya, uşağa, qadına rəhm etməmişdilər. Onlar Urmiyədə 500 evə od vurub yandırmışdılar. Belə zülm və vəhşilik heç bir əsrdə edilməmişdi.
Ermənilər 1918-ci ildə Urmiyə şəhərinin abidələrini rus əsgərləri ilə birlikdə yandırıb külə döndərmişdilər. Bir gün ərzində Urmiyədə öldürülənlərin sayı 10 min nəfərə çatmışdı. Bu ağır və çətin günlərdə Urmiyə əhalisinə nə Tehrandan bir kömək gəldi, nə də Təbrizdə oturan Azərbaycan hakimi və vəliəhd Məhəmmədhəsən Mirzədən. Əgər Birinci Dünya müharibəsinin gedişində ruslar Rusiyada yaşayan erməniləri silahlandırmışdılarsa, ingilislər də osmanlıların hücumlarına qarşı Urmiyə və Səlmas xristianlarını (erməniləri və assuriləri) silahlandırmışdılar. Azərbaycanın cənubunda erməni silahlı dəstələri ingilis—rus ordusu tərkibində azərbaycanlılara qarşı azğınlıq etmişdilər.
1918-ci ilin may ayında Andranik 5 min nəfərlik silahlı erməni dəstəsi ilə Xoy şəhərinə hücum etmişdi. İyunun 24-də isə şəhəri mühasirəyə alan ermənilər Urmiyədə törətdikləri vəhşilikləri Xoy və Səlmasda da davam etdirmişdilər. Təpədən-dırnağa qədər yaraqlı olan Qafqaz erməniləri Andranikin başçılığı ilə Xoya qoşun çəkib, şəhəri işğal etməli idi. Andranik Xoya çatdıqdan sonra şəhəri mühasirəyə almışdı. Xoy əhalisi düşmən qarşısında möhkəm dayanmış, ermənilərin hər bir hücumuna müqavimət göstərmiş, türk qoşununun gəlməsinə qədər bir neçə gün erməniləri şəhərə buraxmamışdı. Osmanlı ordusunun gəlməsini eşidən Andranik Araz çayını keçərək Naxçıvan və Qarabağ torpaqlarında qırğınlar törətmişdi.
1918-ci ilin əvvəllərində ermənilər Səlmasa hücum etmişdilər. Qüvvələrin sayı və hərbi-texniki cəhətdən üstün olan düşmən şəhərə daxil olduqdan sonra qətliamlar törətmişdi. Xoya pənah gətirmiş qırx min səlmaslı qaçqından yalnız on min nəfəri sağ qalmışdı. İyun ayının ortalarında osmanlılar iki günlük döyüşdən sonra Səlmasa daxil olmuşdular. Xristianlar (assuri və ermənilər) isə şəhərdən qaçmışdılar. Ermənilərin törətdiyi qırğınlar zamanı 130 min azərbaycanlı öldürülmüşdü. Səlmas, Xoy, Urmiyə xarabalığa cevrilmişdi.
Siyasi və hərbi üstünlüyündən istifadə edən erməni daşnakları və rus bolşeviklərinin hərbi qüvvələri Bakıda 15 min, Şamaxıda 8027, Qubada 2800, İrəvanda 100 min, Qarabağda və Naxçıvanda 10 min, Zəngəzurda 7729 soydaşımızı öldürmüş və başqa şəhər və kəndlərdə dinc azərbaycanlılara qarşı qətliamlar törətmiş, çox böyük azğınlıqlara yol vermişdilər.
İngilis hərbçilərinin hərtərəfli kömək etdikləri Sentrokaspi diktaturası ordusu hələ avqustun əvvəllərində Lənkəran qəzasına, demək olar ki, sahib olmuşdu. Lənkəran qəzasında İlyaşeviçin 10 min, Makarovun (erməni) 3 min, Avetisovun (erməni) 2 min nəfərlik ordusu yerləşmişdi. Onların planı gələçəkdə Bakını tutmaq idi. 1919-cu il mayın 1-də Lənkərandan gəlmiş Teymurbəy Bayraməlibəyov Bakıda olan Türk ordusunun komandanı Nuru Paşanın qəbulunda olmuşdu. O, Avetisovun quldur dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermişdi. Öz növbəsində Nuru Paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli köməklik göstərəcək və adı çəkilən dəstənin bütün özbaşınalığının qarşısı alınacaqdır. Tezliklə müzəffər türk ordusu Şimali Azərbaycanın cənub torpaqlarını da erməni silahlı dəstələrindən təmizləmişdi.
1917—1918-ci illərdə rus və ingilislərin fitvası ilə erməni-assurilərin Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törətdikləri qırğınlar haqqında məlumatlar uzun müddət gizlədilmişdi. Ermənilərin Cənubi Azərbaycan torpağında törətdikləri qırğınlarla bağlı son dövrlərdə bir sıra tədqiqat əsərləri və məqalələr yazılmışdır. Bununla bağlı Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı”, “İrəvan müsəlman sakinli şəhər olmuş”, “Qarabağ tarixinin gedişində” kitablarını və bu qəbildən olan bir sıra dəyərli yazıları qeyd etmək olar.
Heç şübhəsiz, Birinci Dünya müharibəsinin gedişində Cənubi və Şimali Azərbaycan torpaqlarında, ümumiyyətlə, cəmi türk torpaqlarında ermənilərin Azərbaycan türklərinə qarşı (onların içərisində Azərbaycanda yaşayan başqa xalqların nümayəndələri də vardı) törətdikləri dəhşətli qırğınları yaddan çıxartmaq olmaz. Türkiyədə, Şimali və Cənubi Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vəhşiliklərin əlaqəli surətdə öyrənilməsi vacibdir. Çünki ermənilərin türklərə qarşı törətdikləri qanlı qırğınların hamısı eyni məkrli planın tərkib hissəsi olub, nəinki “Böyük Ermənistan” dövləti yaratmaq məqsədinə xidmət etmiş, eyni zamanda ermənilərə siyasi və hərbi yardım edən İngiltərə, Fransa, Rusiya və başqa bu kimi dövlətlərin də maraqlarına uyğun olmuşdur. Bu gün də həmin siyasət davam etdirilməkdədir.
Vaqif Abışov,
tarix elmləri namizədi.