Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində 1991-1994-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.
1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut);
Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2;
Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2
Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2;
Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2;
Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2;
Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2;
Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2.
Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb ocağı məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Son qiymətləndirmənin nəticələrinə görə dağıntılar nəticəsində iqtisadiyyata 300 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də taleyi belə olmuşdur. Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Bir sözlə, Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası 30 ilə yaxın işğalçılıq siyasətini davam etdirmişdir. 2020-ci ildə Ermənistanın hərbi təcavüzünə son qoyulmuş və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.
Tarixdən ibrət dərsi götürmək üçün Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin işğalı və vurulan ziyan barəsində rəsmi məlumatları təqdim edirik:
.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri
Azərbaycanın işğal olunmuş əraziləri |
|
Dağlıq Qarabağ: |
|
Ərazisi |
4 388 kv. km. |
Əhalisi |
192 032 |
Ermənilər |
129 085 (67,2%) |
Azərbaycanlılar |
60 000 (31,2%) |
Ruslar |
1922(1,0%) |
Digərləri |
1 025 (0,6%) |
Ətraf rayonlar: |
|
Əhalisi |
|
Laçın |
66 646 |
Kəlbəcər |
61 947 |
Ağdam |
145 359 |
Füzuli |
106 543 |
Cəbrayıl |
62 519 |
Qubadlı |
31 619 |
Zəngilan |
36 335 |
Qeyd 1: Ermənistanla və işğal olunmuş ərazilərlə həmsərhəd yaşayış məntəqələrindən olan əhalinin sayı – 128 199 nəfər
Qeyd 2: Orta Asiyadan didərgin salınmış 50 000 nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapmışdır.
Təcavüzün qurbanları |
||
Həlak olanlar |
20.000 |
|
Əlil olanlar |
50 000 |
|
İtkin düşənlər |
4866 |
|
|
|
|
Dağıntılar və ziyanlar |
||
Yaşayış məntəqələri |
900 |
|
Evlər |
130 939 |
|
İctimai binalar |
7 000 |
|
Məktəblər |
1 025 |
|
Uşaq bağçaları |
855 |
|
Səhiyyə ocaqları |
798 |
|
Kitabxanalar |
927 |
|
Məbədlər |
44 |
|
Məscidlər |
9 |
|
Tarixi yerlər |
9 |
|
Tarixi abidələr ye muzeylər |
464 |
|
Muzey eksponatları |
40 000 |
|
Sənaye və kənd təsərrüfatı obyektləri |
2 389 |
|
Avtomobil yolları |
5 198 km |
|
Körpülər |
348 |
|
Su xətləri |
7 568 km |
|
Qaz xətləri |
2 000 km |
|
Elektrik xətləri |
76 940 km |
|
Meşələr |
280 000 ha |
|
Məhsuldar torpaqlar |
1000 000 ha |
|
İrriqasiya sistemləri |
1 200 km |
Dəymiş ziyanın ümumi məbləği 300 milyard ABŞ dollarından çoxdur.
Qaçqınlar və məcburi köçkünlər |
|
Ermənistandan olan qaçqınlar |
250 000 |
İşğal edilmiş ərazilərdən olan məcburi köçkünlər |
686 586 |
O cümlədən: |
|
Ermənistanla və işğal edilmiş ərazilərlə həmsərhəd |
128 199 |
Cəmi |
997 586 |
|
Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış obyektlər haqqında |
||||||||||||
Sıra № |
Obyektlərin adı |
Sayı və ölçüsü |
Ağdam |
Füzuli |
Kəlbəcər |
Qubadlı |
Zəngilan |
Laçın |
Şuşa |
Cəbrayıl |
Xocalı |
Xocavənd |
CƏMİ |
1 |
Şəhər və kənd |
ədəd |
78 |
76 |
131 |
94 |
84 |
127 |
33 |
91 |
10 |
12 |
736 |
2 |
Yaşayış |
ədəd |
34680 |
26208 |
13000 |
7288 |
11000 |
14745 |
6800 |
13000 |
2495 |
1723 |
13099 |
3 |
Sənaye və kənd təsərrüfatı obyekti |
ədəd |
48 |
1035 |
153 |
58 |
374 |
353 |
79 |
52 |
46 |
191 |
2389 |
4 |
Təhsil |
ədəd |
204 |
162 |
112 |
88 |
123 |
160 |
44 |
91 |
20 |
21 |
1025 |
5 |
Səhiyyə |
ədəd |
137 |
127 |
116 |
70 |
64 |
131 |
30 |
77 |
14 |
32 |
798 |
6 |
Mədəniyyət müəssisəsi |
ədəd |
220 |
180 |
214 |
190 |
145 |
218 |
79 |
149 |
56 |
59 |
1510 |
7 |
Rabitə |
ədəd |
56 |
39 |
25 |
32 |
42 |
307 |
15 |
65 |
5 |
12 |
598 |
8 |
Avtomobil |
Kilometr |
266 |
235.7 |
625 |
592 |
128 |
2130 |
300 |
320 |
260 |
341 |
5197.7 |
9 |
Körpü |
ədəd |
10 |
11 |
62 |
11 |
37 |
92 |
25 |
56 |
12 |
32 |
348 |
10 |
Dəmir yolu |
Kilometr |
32 |
36 |
0 |
0 |
156 |
0 |
0 |
52 |
10 |
0 |
286 |
11 |
Dəmir yolu körpüsü |
ədəd |
3 |
0 |
0 |
0 |
70 |
0 |
0 |
41 |
2 |
0 |
116 |
12 |
Su anbarı |
ədəd |
3 |
96 |
4 |
4 |
6 |
33 |
2 |
28 |
6 |
42 |
224 |
13 |
Su xətti |
Kilometr |
180 |
859 |
92 |
875.6 |
2200 |
1187 |
550 |
1210 |
98 |
316 |
7567.6 |
14 |
Elektrik |
Kilometr |
62744 |
2114 |
820 |
2658 |
2900 |
2636 |
850 |
1459 |
216 |
543 |
76940 |
15 |
Meşə |
hektar |
986 |
0 |
37852 |
13365 |
12864 |
34677 |
8359 |
4480 |
5400 |
1202 |
11915 |
Ermənistan silahlı qüvvələri tərəfindən əraziləri işğal olunmuş və ya zərər çəkmiş,
Ermənistanla və Dağlıq Qarabağla həmsərhəd olan rayonlar barədə
MƏLUMAT
|
Rayonun adı |
Ərazinin işğal tarixi |
İşğal olunmuş ərazi (kv. km) |
Məcburi köçkünlərin sayı |
Cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən geri çəkilən əhalinin sayı |
Doğma yurdlarını tərk etmiş əhalinin ümumi sayı |
|||
|
|
|
|
ailə |
nəfər |
ailə |
nəfər |
ailə |
nəfər |
1 |
Xocavənd |
02.10.1992 |
1458 |
2271 |
9542 |
|
|
2271 |
9542 |
2 |
Xocalı |
26.02.1992 |
940 |
3156 |
12200 |
|
|
3156 |
12200 |
3 |
Şuşa |
08.05.1992 |
289 |
5992 |
24165 |
|
|
5992 |
24165 |
4 |
Laçın |
18.05.1992 |
1883 |
16255 |
66646 |
|
|
16255 |
66646 |
5 |
Kəlbəcər |
02.04.1993 |
3050 |
16042 |
61947 |
|
|
16042 |
61947 |
6 |
Ağdam |
23.07.1993 |
1150 (247,3) |
32315 |
132493 |
3138 |
12866 |
35453 |
145359 |
7 |
Cəbrayıl |
23.08.1993 |
1050 |
16140 |
62519 |
|
|
16140 |
62519 |
8 |
Qubadlı |
31.08.1993 |
802 |
7711 |
31619 |
|
|
7711 |
31619 |
9 |
Füzuli |
23.08.1993 |
1390 (300) |
25986 |
106543 |
|
|
25986 |
106543 |
10 |
Zəngilan |
29.10.1993 |
707 |
8862 |
36335 |
|
|
8862 |
36335 |
11 |
Tərtər |
17.06.1993 |
547 |
698 |
2865 |
736 |
3014 |
1434 |
5879 |
12 |
Ağcabədi |
12.06.1993 |
|
826 |
3389 |
|
|
826 |
3389 |
13 |
Qazax |
25.10.1992 |
669 |
1668 |
6841 |
8956 |
29426 |
10624 |
36267 |
14 |
Gədəbəy |
28.07.1992 |
120 |
75 |
308 |
4049 |
13304 |
4124 |
13612 |
15 |
Ağstafa |
28.10.1992 |
60 |
|
|
3608 |
11908 |
3608 |
11908 |
16 |
Beyləqan |
23.08.1993 |
|
|
|
3818 |
12600 |
3818 |
12600 |
17 |
Tovuz |
23.10.1992 |
|
|
|
9117 |
30087 |
9117 |
30087 |
18 |
Naxçıvan |
18.06.1990 16.05.1992 |
|
237 |
975 |
4602 |
14994 |
4839 |
15969 |
19 |
Dağlıq Qarabağın qalan ərazisi |
|
2687 |
|
|
|
|
|
|
|
Cəmi: |
|
16802 |
138234 |
558387 |
38024 |
128199 |
176258 |
686586 |
Mənbə: Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat: 1988-2005-ci illər.- Bakı: Qismət, 2005.- s.10-12.
***
Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə, Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 22-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.
Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilir.