Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş Konvensiyaya qoşulsun.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 31 may 1996-cı il.
№ 97-IQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyun 1996-cı il, № 119)
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 124)

 

Soyqırım cinayəti (Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu).
Bakı-2010, səh.14.