Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycanın əzəli və tarixi ərazisi olan Qarabağı qəsb etmək üçün dinc əhaliyə qarşı onlarla soyqırım cinayəti törədilib. Miqyasına və ağırlıq dərəcəsinə görə bu cinayətlərin ən dəhşətlisi Xocalı soyqırımıdır. Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qırmaq və işğalı sürətləndirmək üçün törədilib. Bu soyqırımı törədənlər Ermənistanın siyasi rəhbərliyidir. 366-cı motoatıcı alay bu soyqırımı aktının törədilməsin iştirak edib və icraçılardan olub. Bu soyqırımın törədilməsinə Ohanyan və digərləri rəhbərlik edib. Dinc əhaliyə qarşı soyqırım cinayəti törədənlərdən 39 nəfərin adı Azərbaycan istintaq orqanlarına məlumdur. Xocalı soyqırımı nəticəsində girov götürülənlərdən 150 nəfərin, o cümlədən 26 uşağın taleyi hələ də məlum deyil. Qabaqcadan planlaşdırılmış kütləvi qırğın aktı həmin ərazidə yaşayan insanların məhz azərbaycanlı olduqları üçün tamamilə məhv etmək üçün törədilib. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib. Məlum olduğu kimi, məhdud coğrafiyada oxşar cinayətlərin törədilməsi soyqırım aktı kimi qiymətləndirmək üçün tövsif olunub. Son 200 ilə yaxın dövrdə mərhələ-mərhələ həyata keçirilən bu siyasət on minlərlə azərbaycanlının və digər xalqların nümayəndələrinin amansızlıqla qətlə yetirilməsinə səbəb olub. Bölgənin tarixinin saxtalaşdırılması, ermənilərin tarixinin şişirdilərək qədimiləşdirilməsi baş verib.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni şovinizminə qarşı mütəşəkkil müqavimət cəbhəsi yaradılıb. Heydər Əliyev tərəfindən imzalanan mühüm sənəddə xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti ifşa olunub. Fərmana əsasən, son 100 ildə erməni şovinizminin qurbanı olan azərbaycanlılara ehtiram əlaməti olaraq abidə kompleksi ucaldılıb. Prezident İlham Əliyevin sərəncamı ilə isə bu il Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilir.

Xocalı soyqırımının dünya miqyasında tanınması üçün sistemli iş aparılır.

Bu gün tarixi imkan yaranıb. Təəssüf ki, erməni cəmiyyətində yenə də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan ritorikaya rast gəlinir. Bununla əlaqədar Milli Məclis hesab edir ki, Xocalı soyqırımına lazımi hüquqi qiymət verilməsi gələcəkdə belə faciələrin baş verməsinin qarşısını ala bilər.

Milli Məclis BMT-yə, Aİ-yə, MDB-yə, AŞPA və digər beynəlxalq təşkilatlara müraciət edir ki, Xocalı soyqırımını tanısın və pisləsin, gələcəkdə dünya ölkələrində bu cür aktların baş verməsinin qarşısını almaq üçün lazımi tədbirlər görsün.

Sahibə Qafarova,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri 

Bakı şəhəri, 25 fevral 2022-ci il